Əmək müqaviləsi

30 Aprel 20240

Əmək müqaviləsi və onun məzmunu, müqavilənin tərəfləri, forması və müddəti ilə bağlı ətraflı məlumat almaq üçün bu yazını oxuyun.

Əmək müqaviləsi və onun tərəfləri

Əmək müqaviləsi işçi və işəgötürən arasında fərdi qaydada bağlanan və tərəflərin hüquq və vəzifələrini, əmək münasibətlərinin əsas şərtlərini əks etdirən yazılı müqavilədir.

İşçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsinin bağlanması ilə müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ya müqaviləyə xitam vermək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin səlahiyyətli orqanı, rəhbəri, habelə fiziki şəxsdir.

Əmək müqaviləsinin forması

Əmək müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiqlənir. 2 nüsxədən az olmayaraq tərtib olunur. Bir nüsxə işçidə, bir nüsxə isə işəgötürəndə saxlanılır.

Əmək müqaviləsinin müddəti

Əmək müqaviləsi 2 cür bağlana bilər:

  1. Müddətli müqavilə– tərəflərin razılaşdığı müddətə bağlanır
  2. Müddətsiz müqavilə

Əgər bağlanılan müqavilədə onun hansı müddətə bağlandığı göstərilməyibsə, bu halda müqavilə müddətsiz bağlanmış hesab olunur. Hər iki tərəfin razılığı olmadan müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi müddətli müqavilə ilə əvəz edilə bilməz.

Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə göstərilən xidmətlərin və ya işin daimi xarakterə malik olduğu əvvəlcədən məlum olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. (Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar istisnadır)

Əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, həmin müavilə müddətsiz hesab edilir.

Əmək müqaviləsinin məzmunu

Əmək müqaviləsinin məzmunu və quruluşu tərəflərin razılığı ilə qanunvericiliyin tələblərinə əməl edilməklə müəyyən edilir.

Aşağıdakı məlumatlar və şərtlər əmək müqaviləsində mütləq göstərilməlidir:

  • işçinin, adı, soyadı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, pin kodu, seriya və nömrəsi, verildiyi tarix, sənədi verən orqanın adı;
  • işəgötürən hüquqi şəxs olduqda onun adı, VÖEN – vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, SUN – sığortaedənin uçot nömrəsi, hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı;
  • işəgötürən fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, VÖEN – vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, SUN – sığortaedənin uçot nömrəsi, SSN – sosial sığortanömrəsi, ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, FİN – fərdi identifikasiya nömrəsi və ya pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
  • işçinin vəzifəsi (peşəsi) və iş yeri;
  • əmək müqaviləsinin müddəti;
  • əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
  • işçinin əmək funksiyası;
  • tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
  • işçinin əmək şəraitinin şərtləri — əmək haqqı və ona əlavələr, əməyin mühafizəsi, iş və istirahət vaxtı, əmək məzuniyyətinin müddəti, icbari sığortavə məcburi dövlət sosial sığorta olunması;
  • işçinin sosial sığortanömrəsi (SSN)  (“Dövlət sirri haqqında” AR Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər və ilk dəfə əmək fəaliyyətinə başlayanlar  istisnadər);
  • işçinin iş yerinin əlavə və ya əsas iş yeri olması barədə qeyd;
  • tərəflərin müəyyən etdiyi digər şərtlər barədə məlumatlar.

Əmək müqaviləsi bağlanarkən və müqaviləyə xitam verilənədək işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmçinin Əmək Məcəlləsəsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi yolverilməzdir.

Macis Consulting şirkəti olaraq həm fərdi sahibkarlıq, həm də hüquqi şəxs formasında fəaliyyət göstərmək istəyən biznes sahiblərinə bir sıra xidmətlər göstəririk. Şirkətimiz illərdir hər iki formada biznesin yaradılması, mühasibatlıq xidmətləri, audit və hüquqi proseslərin aparılması xidmətlərini öz biznes partnyorlarına təqdim edir. Bizimlə əlaqə saxlayaraq biznesinizə ehtiyac olan bütün mühasibatlıq, maliyyə və hüquq xidmətlərini əldə edin.

HƏMÇİNİN BAX: Maliyyə hesabatlarının hazırlanması

 

Bir cavab buraxın

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *

Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.
Sizin üçün çalışırıq
İnkişaf qaçınılmazdır
Missiyamız öz biznesini inkişaf etdirmək, kənar təsirlərdən qorumaq, gələcək fəaliyyətin uğurunu və davamlılığını təmin etmək istəyən sahibkarlara peşəkarı olduğumuz məsələlərdə yardım etməkdir.
Ofislərimiz
Biz haradayıq?
https://www.macisconsulting.az/wp-content/uploads/2020/04/img-footer-map.png
Bakı
Bir klik qədər yaxınınızda
Sosial mediada biz
Sosial media hesablarımızı izləyərək biznesiniz üçün faydalı məlumatlar əldə edə bilərsiniz.

© 2024, Macis Consulting. Bütün hüquqları qorunur.

© 2023, Macis Consulting. Bütün hüquqları qorunur.